Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması. Bizimlə əlaqə: @GSSR44_BOT
ABŞ Nümayəndələr Palatasının 87 üzvü, dövlət katibi Marko Rubioya erməni separatçıların Azərbaycan Qarabağ bölgəsinə geri qaytarılması ilə bağlı müraciət göndərib.
🌐@GSSR44
Ermənistanın ABŞ ilə razılığa gələrək Zəngəzur dəhlizinə icarəyə, nəzarətə icazə verərək bunun “Trump körpüsü” adlandırılması və “Azərbaycanın Rusiya əleyhinə Xaçmazda NATO bazasının yerləşdirilməsi təşəbbüsü” başlıqlı xəbərlər sadəcə bu iddia ilə çıxış edən nəşrlərin iddiasıdır.
Bu iddialar hələki real və rəsmi deyil. Artıq Ermənistan tərəfi “Trump körpüsü” başlıqlı xəbərləri təkzib edib. Hər iddia və məqalə rəsmi statusa malik deyildir.
Hörmətlə: 🌐@GSSR44
ROKETSAN-ın "Leopard 2A4" və "T-72" modernləşdirmə planı:
🌐@GSSR44
Azərbaycan “IDEF 2025”də geniş heyətlə təmsil olunur.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumi stendin sahəsi 567 kvadratmetr təşkil edir. Stenddə MSN və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunacaqlar.
“IDEF 2025”də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7.62x54 millimetrlik snayper tüfəngi, iki növ 12,7x108 millimetrlik iriçaplı piyada pulemyotu və 14.5x114 millimetrlik iriçaplı pulemyot sərgilənir.
🌐@GSSR44
BMC-nin yeni zirehli texnikası “TURAN”.
🌐@GSSR44
Türkiyə (ASELSAN) yeni hava-hava raketini “Gökboranı” ilk dəfə təqdim edib.
🌐@GSSR44
❗️⚡️⚡️⚡️#SONDƏQİQƏ
🇸🇾 “Rəsmi Ankara Suriyanı bölmək cəhdini milli təhlükəsizliyə təhdid hesab edir və belə bir hal baş verərsə, dərhal müdaxilə edəcəyini bəyan edir”.
- Türkiyə XİN | @CaucasianLive
İlham Əliyev:
"Mən, Şuşa Qlobal Media Forumu çərçivəsində ABŞ-Azərbaycan tərəfdaşlığı və onun həm qlobal miqyasda, həm də bölgəmizdə sülh gündəliyinə sadiqliyi barədə səsləndirdiyim fikirləri sosial media platformasında paylaşdığı üçün Prezident Donald Trampa öz təşəkkürümü bildirmək istəyirəm.
Bir daha vurğulamaq istərdim ki, biz Prezident Trampın dünyada, o cümlədən bölgəmizdə sülh və sabitliyi təşviq etməyə yönəlmiş baxışını və səylərini dəstəkləyirik. Biz, həmçinin ailə dəyərlərinin önəmi kimi ortaq dəyərləri bölüşürük və ümid edirik ki, onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə yüksələcək.
Ona bu məqsədə çatmaq yolunda fəaliyyətlərində davamlı uğurlar arzulayırıq."
🌐@GSSR44
ABŞ HHQ məxsus "Boeing RC-135V" kəşfiyyat təyyarəsi İrana qarşı kəşfiyyatını davam etdirir.
İyulun 16-sı, 18-i, 20-si və 22-si tarixlərində bu tipli kəşfiyyat uçuşları həyata keçirilib.
Hörmətlə: 🌐@GSSR44
Ermənistan intensiv şəkildə silahlanmağa davam edir.
Müşahidələrimiz nəticəsində məlum olmuşdur ki, Ermənistanın Hindistandan silah alması davam edir.
Daşımaları İran şirkəti olan "Pouya air" məxsus IL-76 nəqliyyat təyyarəsi həyata keçirir. Bu tipli uçuşlar tərəfimizdən əvəllər də dəfələrlə müəyyən olunmuşdur.
Hörmətlə: 🌐@GSSR44
Postu paylaşarkən istinad mütləqdir!
ABŞ Dövlət Departamenti, Suriyanın cənubundakı Suvayda bölgəsində druz və bədüinlər arasında baş verən son toqquşmalar zamanı bir amerikalı vətəndaşın öldürüldüyünü təsdiqləyib.
🌐@GSSR44
Terror təşkilatı Voma paylaşımımızdan “narahat” olub.
Xatırladaq ki, o əski parçasını özünə bayraq bilən hər kəs terrorçudur və hədəfdir.
Hörmətlə: 🌐@GSSR44
Türkiyə bu həftə ərzində milyardlarla dollarlıq Eurofighter Typhoon döyüş təyyarələri sifarişi üçün ilkin razılaşmanı elan edə bilər.
Türkiyə bu qırıcılara sahib olacağı təqdirdə Azərbaycan HHQ ilə ortaq təlimlərdə Typhoonları görə bilərik…
Hörmətlə: 🌐@GSSR44
Kreml: Azərbaycan AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiyanı məhkəməyə vermək qərarına gəlirsə, bu onların hüququdur.
🌐@GSSR44
MKE tərəfindən hazırlanmış “Dağhan” zirehli döyüş maşınının son modeli elektrik mühərrik sistemi ilə təchiz olunub.
25 mm kalibrli uzaqdan idarə olunan avtomatik top quraşdırılıb ki, bu da ona döyüş meydanında yüksək atəş gücü və effektivlik təmin edir.
Dağhan həm də səs-küyü az olan hərəkəti və aşağı infraqırmızı iz buraxması ilə seçilir, bu xüsusiyyətlər onu gecə əməliyyatları üçün ideal edir.
Bu texnika çətin relyef şəraitində yüksək mobillik və müdafiə qabiliyyəti ilə müasir döyüş ehtiyaclarını qarşılayır.
🌐@GSSR44
Paşinyan sabah Rusiyaya 2 günlük səfər edəcək.
Bu səfər Cənubi Qafqaz regionu üçün vacib əhəmiyyət kəsb edə bilər.
🌐@GSSR44
Suriya hökuməti müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində Türkiyədən rəsmi hərbi dəstək tələb edib.
🌐@GSSR44
Müdafiə Nazirliyi "Baykar" şirkəti ilə "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalayıb.
Bu müqavilə Baykar tərəfindən Azərbaycana satılan pilotsuz uçuş aparatlarının gələcəkdə texniki baxımının, ehtiyat hissələrinin təminatının və ümumiyyətlə, uzunmüddətli istifadəsinin necə idarə olunacağını müəyyənləşdirir. Bu o deməkdir ki, Azərbaycan artıq aldığı və ya alacağı dron sistemlərinə görə yalnız alış anında deyil, illər boyunca dəstək alacaq.
Eyni zamanda, bu əməkdaşlıq gələcəkdə bəzi texnologiyaların Azərbaycanda tətbiqi və ola bilsin ki, müəyyən komponentlərin yerli istehsalı üçün şərait yaradacaq.
🌐@GSSR44
“ALTAY” tankının yerli və milli matoru “Batu” təqdim edilib.
1500 at gücündə olan mator üzərində çalışmalar davam edir.
🌐@GSSR44
Türkiyənin yeni hipersonik ballistik raketi “Tayfun Block 4” ilk dəfə təqdim olunub.
10 metr uzunluğunda olan raket 7 ton ağırlığındadır.
🌐@GSSR44
AZAL təyyarəsinin vurulması əmrini 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri general-mayor Tolopilo verib.
Bunu əmr alan və onu kapitan Paladiçuka çatdıran podpolkovnik Orlyanski bildirib. Hesab əməliyyat baxımından Tolopiloya tabe idi, bu 16 dekabr 2024-cü il tarixli raportla təsdiqlənib. General məsuliyyətdən qaçaraq günahı dispetçerlərin üzərinə atıb və raketlərin "öz-özünü məhv etdiyi" versiyasını irəli sürüb — daxili istintaq bu versiyanı təkzib edib. Tragediyaya baxmayaraq, Tolopilo vəzifədə yüksəldilib.
🌐@GSSR44 | Minval
Ermənistan ordusundan xidmətdən gələn hərbi qulluqçu:
Təqdim etdiyimiz materiallar dəfələrlə sübut etmişdir ki, Ermənistan ordusunda revanşinst və terrorçu ideologiyalar qalmaqdadır. Bu tipli ünsürləri ifşa etməyə davam edəcəyik…
Hörmətlə: 🌐@GSSR44
Milli mətbuat 150 yaşında!
GSSR44 olaraq bütün əməkdaş kanalları və mətbuat sahəsində çalışan əməkdaşları təbrik edirik! Uğurlarımız daim olsun.
Hörmətlə: 🌐@GSSR44
Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevin çıxışını paylaşıb.
🌐@GSSR44
KİV: ABŞ və Türkiyə YPG-yə Dəməşq hökumətinə inteqrasiya olması üçün 30 gün vaxt verib.
🌐@GSSR44
Ermənistanın faşist və revanşist keçmişindən doğan VOMA kimi qurumlar bölgədə sülhə yox, müharibəyə xidmət edir.
Paylaşımımızdan dərin narahat olan Voma, özünü “vətəndaş müdafiəsi” adı altında gizlədən paramilitar təşkilat, əslində azərbaycanlılara qarşı nifrət və revanşizmi yayır.
Voma – terrorun ideoloji davamçısıdır. Uşaqları silahla təlimə cəlb edən, radikal millətçiliyi təbliğ edən bu quruma qarşı beynəlxalq ictimaiyyət susmamalıdır. Təqdim etdiyimiz materiallar hər şeyi sübut edir.
Biz bu cür təxribatlara qarşı sərt və prinsipial mövqedəyik. Revanşizmə, terrora və saxta “mülki müdafiə” pərdəsi altında gizlənən təhdidlərə bölgəmizdə yer yoxdur!
Hörmətlə: 🌐@GSSR44
Voma terror təşkilatı Ermənistanda separatçılığın terrorizmin yetişdirilməsinə yardım edir.
Erməni kilsəsinin dəstəyi ilə hər ay yeniyetmələrdən ibarət düşərgələr təşkil olunur. Keşişlər gənclər qarşısında çıxış edərək, onları revanşizmə səsləyir. Əlimizdə kifayət qədər bununla bağlı məlumatlar və faktlar mövcuddur. Bu tipli təşkilatların fəaliyyəti ciddi nəzarət altında olmalı və revanşist meyillərin hər bir ehtimalı nəzərə alınmalıdır.
Hörmətlə: 🌐@GSSR44
DTX: Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə “Abu Malik” təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub. Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.
Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
🌐@GSSR44
Ukraynalı jurnalist Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin nişanlarını hədiyyə edib.
Читать полностью…KIZILELMA üçün milli və yerli mator hazırlanıb.
Milli və yerli “TF6000” matoru, Ukraynadan idxal edilən matordan daha güclü və effektlidir.
🌐@GSSR44