gssr44 | Unsorted

Telegram-канал gssr44 - 44th Ranger Regiment

2313

Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması. Bizimlə əlaqə: @GSSR44_BOT

Subscribe to a channel

44th Ranger Regiment

IDEF 2025-də təqdim olunan Bayraktar KIZILELMA, gəmi əsaslı istifadə üçün nəzərdə tutulmuş, süni intellektlə idarə olunan reaktiv zərbə PUA-sıdır.

Avtonom eniş-qalxış, aşağı radar görünməsi və yüksək daşıma qabiliyyəti ilə dəniz aviasiyasında strateji hücum imkanlarını genişləndirir.

Quru qoşunlarının HHQ üçün nəzərdə tutulmuş KIZILELMA yaxın gələcəkdə Azərbaycana da təhvil veriləcək.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

IDEF 2025-də təqdim olunan KORKUT-130/25 SB, daha böyük platforma üzərində qurulmuş, drone sürülərinə qarşı geniş əhatəli və yüksək dəqiqlikli mobil hava müdafiə sistemidir.

25 mm-lik ATOM mərmiləri, avtomatik atəş idarəetməsi və gücləndirilmiş elektro-optik sensorlarla təchiz olunub. Müxtəlif döyüş şəraitlərində çevik və effektiv cavab vermək üçün nəzərdə tutulub. Bir öncəki KORKUT modelinin daha üst versiyasıdır.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

IDEF 2025 sərgisində BMC tərəfindən nümayiş etdirilən Altay əsas döyüş tankı, Türkiyənin zirehli texnologiyalar sahəsində özünütəminatlılığını və texnoloji irəliləyişini nümayiş etdirir.

Yerli istehsal olan BATU mühərriki, modul zireh, aktiv qoruma və müasir idarəetmə sistemləri ilə təchiz edilən Altay, həm milli ordunun, həm də ixrac bazarının ehtiyaclarına cavab vermək üçün hazırlanıb. Altay tankı dünyanın ən baha tanklarından biri olacaq.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Türkiyədə keçirilən IDEF 2025 sərgisində təqdim olunan Alpin pilotsuz helikopteri, taktiki kəşfiyyat və müşahidə sahəsində yeni imkanlar yaradır. Titra Teknoloji tərəfindən hazırlanmış bu PUA helikopteri həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilir.

Alpin ağır hava şəraitində, dağlıq və çətin ərazilərdə effektiv işləmə qabiliyyəti, yüksək daşıma gücü və 9 saatadək uçuş müddəti ilə fərqlənir. O, müşahidə, hədəf izləmə, rabitə ötürülməsi və logistik dəstək kimi tapşırıqları yerinə yetirə bilir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

🇷🇺🇦🇲 Ermənistanın xarici siyasət kursu ilə bağlı Rusiya hakimiyyətinin sakitliyi, əslində, sadəcə görünüşdür. Bazanın gücləndirilməsi, görünür, regionda müxtəlif ssenarilər baş verəcəyi təqdirdə bir növ sığorta rolunu oynayır.

🔸 Mənbələr onu da qeyd edir ki, çətin ki, Ermənistan hakimiyyəti bu tədarüklərdən xəbərsiz olsun. Lakin indiki, görünməmiş suveren Ermənistan hakimiyyəti bu barədə açıq danışmağa cəsarət etmir. Belə bir hərbi artımın Ermənistan hakimiyyətinin diqqətindən kənarda qalmayacağını düşünmək sadəlövhlükdür. Buradan nəticə çıxır: çox güman ki, iqtidar mətbuatı daha bir saxtakarlıq edir.

- Hraparak | @CaucasianLive

Читать полностью…

44th Ranger Regiment

Hikmət Hacıyev:

"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur.

Hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur. Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır."

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Ermənistan Hindistandan intensiv şəkildə silah tədarükünə davam edir.

Ermənistan HHQ məxsus “İL-76” hərbi nəqliyyat təyyarəsi Hindistandan hərbi yüklə qayıdıb. Son günlər Ermənistanın Hindistana olan marşrut saylarında artım var.

Hörmətlə: 🌐@GSSR44

Postu paylaşarkən istinad mütləqdir!

Читать полностью…

44th Ranger Regiment

Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Əbülfəz Elçibəyin daha öncə yayımlanmamış reportajı yayımlanıb.

Reportajda diqqət çəkən məqam, Elçibəyin Qarabağ problemində Rusiyanın Azərbaycan əleyhinə atdığı addımları səsləndirməsidir.

Bu gün belə Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr, tarixəndə Azərbaycana qarşı atılan istənilən addımın təşəbbüskarları olmuşlardır. Sadəcə bəzən xatırlatmaq gərəkdir ki, dəmir yumruq yerindədir!

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Ermənistanın Gümrü şəhərində rus hərbi qulluqçusu ölü tapılıb.

KİV bildirir ki, meyit axşam saatlarında yarımçıq tikilinin yanında aşkarlanıb. Onun qolunda kəsici-deşici yaralar olub. İlkin məlumata görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun Rusiyanın 24 yaşlı vətəndaşı K.Antonenko olduğu müəyyən edilib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

“ASFAT” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyinə bağlı Miras Holding arasında müxtəlif quru texnikalarının təmiri və bərpası üçün Əməkdaşlıq Protokolu imzalanıb.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Pilot Rəşad Atakişiyevin şəhid olmasından 6 il ötür.

24 iyul 2019-cu il Bakı vaxtı ilə 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşmüşdü. Allah rəhmət eləsin.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Bu səhər Kamboca və Tailand arasındakı sərhəddə bir neçə nöqtədə böyük toqquşmalar baş verib.

Hər iki tərəfin çoxsaylı raket sistemləri və zirehli texnika, o cümlədən tanklardan istifadə etməyə başlaması ilə gərginlik əhəmiyyətli dərəcədə artıb. Toqquşmalar fonunda Kamboca bütün vətəndaşlarına dərhal Tailanddan çıxmağı əmr edib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

🇦🇿🇷🇺 “Rusiya Xəzər dənizinin Qara dənizə çevrilməməsi üçün indidən addımlar atmalıdır. Xəzərdə pilotsuz qayıqlara qarşı mübarizə tədbirləri görülməlidir.

🔸 Xəzər donanması artıq Rusiya üçün əsas donanmalardan birinə çevrilir. Biz Bakı sahillərində pilotsuz qayıqlar görə bilərik. Azərbaycan Rusiya üçün hesablanması çətin ola təhdidə çevrilir”.

- Rusiya KİV | @Armymilitar

Читать полностью…

44th Ranger Regiment

Müdafiə Naziri Zakir Həsənov MKE stendinə baş çəkib.

MKE Azərbaycanda davam edən fəaliyyətləri və gələcək potensial layihələr haqqında nazirə məlumat verib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

IDEF 2025-də təqdim olunan “ASELSAN GÖKDENİZ 100/35 CIWS”, gəmi əsaslı yaxın hava müdafiə sistemi olub, raketlərə, dronlara və hava vasitələrinə qarşı avtomatik və dəqiq müdaxilə imkanı yaradır.

35 mm-lik ATOM mərmiləri və elektro-optik sensorlarla təchiz edilən sistem, müasir dəniz platformalarının hava hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

IDEF 2025 sərgisində Otokar tərəfindən təqdim olunan Tulpar zirehli döyüş maşını, üzərində Leonardo-nun 120 mm-lik “HITFACT” qülləsi ilə yeni atəş gücü səviyyəsi nümayiş etdirib.

Platforma həm IFV, həm də yüngül tank rolunu yerinə yetirə bilir və müasir döyüş şəraitinə uyğun yüksək mobil, güclü və müdafiəli sistemlərlə təchiz olunub.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

IDEF 2025 sərgisində ASELSAN tərəfindən təqdim edilən KORKUT-100/25 SB hava müdafiə sistemi, çoxsaylı dron hücumlarına qarşı effektiv “hard-kill” həll kimi diqqət çəkir.

25 mm-lik ATOM mərmiləri ilə təchiz olunan sistem, dronlara yaxın məsafədə partlayışla təsir göstərir. Avtomatik hədəf tanıma və izləmə qabiliyyəti, elektro-optik sensorlar və mobil quruluşu ilə həm sabit, həm də hərəkətdə olan hərbi birləşmələr üçün yaxın məsafəli hava müdafiəsi təmin edir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

ABŞ Yaxın Şərq və İran üzərində kəşfiyyatını davam etdirir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Hikmət Hacıyev:

"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır
Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir".

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Hikmət Hacıyev:

"Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.

Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var.

Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik.

Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq".

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Erməni nəşri Hraparak bildirir ki, son həftələrdə Rusiyanın Gümrüdəki bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilir. Hər gün bir neçə yük təyyarəsi hərbi yük ilə enir.

Bu tədarüklərin səbəbləri məlum deyil, lakin ekspertlər Moskvanın regionda mümkün dəyişikliklərə hazırlaşa biləcəyini ehtimal edirlər. Nəşr iddia edir ki, erməni hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin hələ rəsmi şərh vermir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Hər azərbaycanlının mütləq oxuması gərəkli olan kitab. Ziya Bünyadov-Qırmızı terror.

Əsasən 1937-1939-cu illərdə xalqımızın bir çox gör­kəm­li elm, incəsənət və mədəniyyət xadimləri stalinizmin amansız repressiyalarının qurbanı olmuşlar. Görkəmli tarixçi-alim, Ziya Bünyadov “Qırmızı terror” kitabında bu şəxsiyyətlərin hər birinin uydurma “cinayət işi” barədə ayrıca oçerk yazmışdır.

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Heydər Əliyev 1997-ci ilin mayında Türkiyəyə səfəri zamanı bu ölkədən olan iş adamları ilə görüşdə Rusiyanın Ermənistanı silahlandırması haqqında danışır.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Azərbaycan Müdafiə nazirinin müavini Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi başçısı Prof. Dr. Haluk Görgün və Türkiyə Müdafiə nazirinin müavini Musa Heybətin iştirakı ilə aşağıdakı iki strateji sənəd imzalanıb:

1. Azərbaycan Müdafiə Nazirliyi ilə “təyyarə bombalarının tədarükü müqaviləsi”.

2. Azərbaycan AZERSİLAH Holdinqi ilə “Naxçıvanda Təyyarə bombası gövdəsinin istehsalı və partlayıcı maddələrin doldurulması zavodunun qurulması müqaviləsi”

Bu strateji razılaşmalar, mühəndisliyin və istehsal qabiliyyətlərinin bölgədəki müdafiə sənayesinə təsirini daha da gücləndirəcək.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Türkiyənin Roketsan şirkəti Azərbaycan ilə müdafiə sahəsindəki strateji tərəfdaşlığını bir addım da irəli apararaq artilleriya sistemləri sahəsində yeni əməkdaşlıq protokoluna imza atıb.

22 iyul tarixində həyata keçirilmiş “Artilleriya Sistemləri Əməkdaşlıq Protokolu”nu Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Aqil Qurbanov və Roketsan İdarə Heyətinin sədri Prof. Dr. Faruk Yiğit imzalayıb.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Kamboca HHQ tam inventarı:

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

🇺🇦🇹🇷🇷🇺 Rusiya və Ukrayna arasında İstanbulda danışıqların üçüncü raundu başa çatdı.

@CaucasianLive

Читать полностью…

44th Ranger Regiment

Təsdiqləndi.

Türkiyə 40 ədəd Eurofighter alır.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Qara dəniz üzərində NATO-nun Rusiya əleyhinə kəşfiyyatı:

🌐@GSSR44

Читать полностью…
Subscribe to a channel