gssr44 | Unsorted

Telegram-канал gssr44 - 44th Ranger Regiment

2313

Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması. Bizimlə əlaqə: @GSSR44_BOT

Subscribe to a channel

44th Ranger Regiment

DTX: Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə “Abu Malik” təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub. Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.

Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Ukraynalı jurnalist Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin nişanlarını hədiyyə edib.

Читать полностью…

44th Ranger Regiment

KIZILELMA üçün milli və yerli mator hazırlanıb.

Milli və yerli “TF6000” matoru, Ukraynadan idxal edilən matordan daha güclü və effektlidir.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Avstraliya "M1A1 Abrams" tanklarının Ukraynaya transferini təsdiqləyib.

Bu tanklar Rusiyanın tammiqyaslı işğalına qarşı davam edən müdafiədə Ukraynanın zirehli imkanlarını gücləndirmək məqsədi daşıyan 49 tankdan ibarət strateji öhdəliyin bir hissəsidir. Təxminən 245 milyon dollar dəyərində daha geniş hərbi yardım paketinin bir hissəsi kimi son tədarüklərin yaxın aylarda başa çatdırılması gözlənilən tankların əksəriyyəti artıq Ukraynaya çatıb.

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

İran və Rusiya Xəzər dənizdə təlim keçirəcək.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Tarixi toponimlərimizi unutmayaq!

Ermənistanın Qərbi Azərbaycana qarşı həyata keçirdiyi toponim soyqırımı adların sistemli şəkildə dəyişdirilməsi və silinməsi, mədəni və tarixi yaddaşımızın məqsədli şəkildə məhv edilməsi siyasətinin mühüm tərkib hissəsidir. Bu proses XX əsrin əvvəllərindən etibarən başlanmış və xüsusilə Sovet İttifaqı dövründə geniş vüsət almışdır.

Təqdim etdiyimiz infoqrafikada Göyçə mahalının Çəmbərək rayonu üzrə ermənilər tərəfindən dəyişdirilmiş toponimlərin bir hissəsi əks olunmuşdur. Ermənistan tarixi saxtalaşdırmağa davam etsə belə, tarix heç bir zaman həqiqəti unutmur!

Hörmətlə:🌐@GSSR44

Postu paylaşarkən istinad mütləqdir!

Читать полностью…

44th Ranger Regiment

Ukrayna xalqının işğalla barışması, Rusiya imperiyalizminin şövqünü və iddialarını daha da gücləndirər. Bütün keçmiş sovet dövlətləri Rusiya imperiyalizminə qarşı bir-birini dəstəkləməli, bu mövzuda kooperatif əlaqələr qurmalıdırlar. Mövcud risklər fonunda bu zəruridir.

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində heç bir xarici şirkətə və ya ölkənin iştirakına icazə verməyəcək. Ermənistan nə düşünür və nə edəcək bu barədə məlumatım yoxdur. Bu onların qərarıdır. Azərbaycan öz mövqeyini ifadə edib.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Rusiya ilə münasibətlərə gəlincə isə, əfsuslar olsun ki, indiyənə qədər təyyarə qəzası ilə bağlı cavab almamışıq. Artıq hadisədən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Biz bilirik nə baş verib. Biz bunu sübut edirik. Rusiya rəsmiləridə gözəl bilir ki, nə baş verib. Bizim tələbimiz təbii bir tələb idi. Öz günahlarını etiraf etsinlər, bizim təyyarəni vuran günahkarlar cəzalandırılsın, təzminat verilsin. Bizim pilotlar peşəkarlıq göstərdilər. Təyyarənin fizulaşı zədələnmişdi. Çox gülünc iddia səslənmişdi guya Ukrayna dronu bizim təyyarəni hədəfə alıb. Bu uşaq bağçası səviyyəsində olan gülünc iddia idi. Hava məkanı bizim təyyarəni vurduqdan sonra qapadıldı. Bu gün qədər aydındır. Biz gözləyirik. Bu cür davranmaq qeyri məhsuldardır. Biz bunu unuda bilmərik. Biz Rusiyanı məlumatlandırmışıq ki, biz beynəlxalq ədliyyə orqanlarına müraciət edəcəyik və biz ədalətə nail olacağıq.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Erməni həmkarım ilə uzun müzakirə apardıqda bildirdik ki, etimadın səviyyəsi çox aşağıdır. Bizə kim zəmanət verə bilər ki, Ermənistanın mövqeyi dəyişməyəcək?! Məndə belə bir zəmanət yoxdur. Beynəlxalq səviyyəli sənədlər, formalar olmalıdır. Beton qədər möhkəm vədlər olmalıdır ki, separatçılığın kökü kəsilsin. Məntiq sadədir. Minsk qrupu ləğv edilməlidir. Növbəti şərt Ermənistan konstutsiyası dəyişməlidir. O qədər uzaq deyilik ki, qəti şəkildə separatçılığın kökünü kəsək.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.

Xəzər dənizində olacaq beynəlxalq limana milyardlarla dollar sərmayə yatırılıb.

İl ərzində 15 milyon ton yükün daşınması planlaşdırılır.

Gələn ilin yazında dəhlizin dəmiryolunun Azərbaycan hissəsində tikinti işləri yekunlaşacaq.

Əfsuslar olsun ki, Ermənistan tərəfində son 5 ildə heç bir iş aparılmayıb. Bilərəkdən bu məsələni gündəlikdən çıxarıblar. Ermənistanın tranzit ölkəyə çevrilmək şansları sıfıra bərabərdir. Əgər Ermənistan bu blokadanı davam etdirsə, tranzit baxımından əlavə siyasi müstəvidə də təcrid olunacaq.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Paşinyan və Pezeşkian arasında telefon danışığı olub.

Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

İstanbulda keçiriləcək IDEF25 beynəlxalq müdafiə sərgisi ilə ROKETSAN, yəqin ki, ramjet mühərrikindən istifadə edən daha bir yeni raketini təqdim edəcək.

ROKETSAN raketin bir hissəsini "Görmə məsafəsindən kənarda yüksək dəqiqlik" şərhi ilə paylaşıb. Bundan əvvəl yeni ballistik raket və ya idarə olunan artilleriya raketi kimi görünən başqa bir raket də nümayiş etdirilmişdi.

Göstərilən raketin iki qismən hava girişi var və bu, onun ramjet hərəkətindən istifadə etdiyini göstərir. Bundan əlavə, videoda qatlanan üzgəclər aydın görünür ki, bu da onun kapsuldan buraxıldığını göstərir. Yerüstü buraxılış, xüsusilə uçuş üçün səsdən yüksək sürət tələb edən ramjetlər üçün gücləndirici tələb olunur.

Raket, qatlanan üzgəclərindən göründüyü kimi havadan buraxılan raket olmadığı üçün gəmi əleyhinə və ya hava hücumundan müdafiə raketi ola bilər.

Səsdən sürətli gəmi əleyhinə raketlər dünyada nadirdir. Rusiya, Çin və Tayvan əsas istifadəçilərdir. Onların yüksək sürəti, xüsusən də aşağı hündürlükdə onların qarşısını almaq səssiz gəmi əleyhinə raketlərdən daha çətin olur. Onların son mərhələdə manevr qabiliyyəti aşağıdır və onlara əsasən okeanlarda üstünlük verilir.

Hava hücumundan müdafiə raketlərinin ikinci ssenarisi daha nadirdir, çünki hazırda yalnız iki raket növü istifadə olunur (Rusiya 2K11 və Hindistan Akash 1S). Bununla belə, onların köhnə ramjet mühərrikləri səmərəsizdir, nəticədə onların böyük ölçülərinə baxmayaraq, nisbətən qısa məsafələri var. Norveçin Nammo şirkəti eyni ölçülü raketlərdən daha uzun mənzilli nişan alma təmin edən mühərriki olan yeni ramjet mühərrikli hava hücumundan müdafiə raketi təklif edən yeganə şirkət olub. Qeyd etdiyimiz kimi “IDEF2025” maraqlı olacaq…

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Səssiz ölüm.

Türkiyə “MKE” yaxın zamanda yeni snayper tüfəngini təqdim edəcək.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Suveyda istiqamətində gedən böyük tayfa qrupları Dəməşq yolunda nəqliyyatı iflic edib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Kreml: Azərbaycan AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiyanı məhkəməyə vermək qərarına gəlirsə, bu onların hüququdur.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

MKE tərəfindən hazırlanmış “Dağhan” zirehli döyüş maşınının son modeli elektrik mühərrik sistemi ilə təchiz olunub.

25 mm kalibrli uzaqdan idarə olunan avtomatik top quraşdırılıb ki, bu da ona döyüş meydanında yüksək atəş gücü və effektivlik təmin edir.

Dağhan həm də səs-küyü az olan hərəkəti və aşağı infraqırmızı iz buraxması ilə seçilir, bu xüsusiyyətlər onu gecə əməliyyatları üçün ideal edir.

Bu texnika çətin relyef şəraitində yüksək mobillik və müdafiə qabiliyyəti ilə müasir döyüş ehtiyaclarını qarşılayır.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Ağdərədə Gəncəsər monastrında ermənilərin “tarixi” barədə olan kitablar:

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Türkiyə Silah Sənayesi (SSB), Türkiyə HHQ üçün altı ədəd KAAN beşinci nəsil qırıcı təyyarə prototipi sifariş edib.

Yeni prototiplər fərqli test məqsədləri üçün nəzərdə tutulub – tunel sınaqları, yerüstü sürət testləri, iqlim müqavimət yoxlamaları və avionika sistemlərinin sınaqları həyata keçiriləcək.

Bu prototiplərlə paralel test prosesi aparılacaq ki, bu da proqramın daha sürətli inkişafına şərait yaradacaq. KAAN layihəsinin gələcək seriyaları – Block 30 və Block 40 – Türkiyədə istehsal olunacaq milli mühərriklərlə təchiz ediləcək və bu, "GE F110" mühərrikindən tam keçid deməkdir.

Layihə 2010-cu ildə başlanıb, ilk uçuş 2024-cü ildə baş tutub. Altı prototipin hər biri fərqli funksiyalara yönəlib: avionika və sensor testləri, yüksək performans sınaqları və silah inteqrasiyası.

2028-ci ildən KAAN təyyarələrinin ilkin seriyasının Hərbi Hava Qüvvələrinə təhvili planlaşdırılır. 2030-cu illərdə isə kütləvi istehsala başlanacaq. İxrac üçün İndoneziya ilə ilkin razılaşma əldə olunub, Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı və Malayziya da potensial müştərilər sırasındadır.

Altıncı prototipin hazırlanması, KAAN layihəsinin həm texniki yetkinliyini, həm də Türkiyənin müdafiə sənayesindəki ambisiyalarını göstərir. Bu addım yerli istehsala əsaslanan, beynəlxalq bazara yönəlmiş bir beşinci nəsil qırıcı təyyarənin formalaşmasında həlledici rol oynayır.

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

🇦🇿⚠️🇷🇺 Azərbaycan Rusiyanın PZ-90 koordinat sistemindən imtina edib.

@armymilitar

Читать полностью…

44th Ranger Regiment

Rusiya dövlət televiziyası iddia edir ki, Azərbaycan guya Ukraynanın Rusiya hərbi bazalarına qarşı təşkil etdiyi “Veb” əməliyyatına kömək edib.

Guya Rusiyadakı Azərbaycan diasporları logistikaya yardım edib. Rusiyanın “bağça” səviyyəsində olan iddiaları davam edir. Bu Rusiyanın acizliyinin və riyakarlığının növbəti göstəricisidir.

Hörmətlə: 🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezidentin bu dedikləri bəzilərini çox narahat edəcək…

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Medianı nüfuzlu edən jurnalistlərdir, əməkdaşlardır. Media ən yaxşı vasitədir. Bizim mediamız istənilən qara təbliğata cavab vermək gücündədir.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Ermənistandakı Aİ missiyası İrana qarşıda kəşfiyyat aparır. Son İsrail-İran münaqişəsində Aİ “müşahidəçiləri” İrana qarşı da fəalliyət göstərib. Mən Abudabi görüşündə erməni həmkarıma bildirdim ki, məneəsiz və təhlükəsiz şəkildə bizə Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Bu bizim legitim tələbimizdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Sovet dönəmində Zəngəzurdan keçən qatarlara ermənilər tərəfindən daş atılırdı. Dəhlizdə heç bir fizik təmas olmalı deyil.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Prezident İlham Əliyev:

“Ukrayna xalqı işğalla barışmamalıdır. Məsələ fərdlərdə deyil, nəsillər arasındakı məsulliyəti hiss etməlisən. Ədalətə nail olmaq üçün çalışmaq lazımdır. Həyatını buna həsr etməlisən. Heç bir halda təslim olmayın.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Somalinin şimalında Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnikaları daşıyan gəmiyə “Puntland” tərəfindən müdaxilə edildiyi bildirilir.

Gəminin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

ABŞ-ın Suriyaya xüsusi nümayəndəsi və Türkiyədə səfiri Tom Barrack:

“İsrail Baş naziri Netanyahu və ABŞ-ın dəstəyi ilə Suriya Prezidenti əl-Şaraa atəşkəsə razılıq verib, bu, Türkiyə, İordaniya və qonşular tərəfindən alqışlanıb.

Bütün Druzlar, Bədüilər, Sünnilər və azlıqlar silahlarını qoyub sülhsevər, birləşmiş Suriyanın qurulmasına kömək etməyə çağırılır.”

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

İngilis pilotun “JF-17 Block 3”qırıcısı barədə:

"Tamamilə heyrətamiz təyyarədir, avioniklər heyrətamizdir, böyük başlıq ekranı, əla elektron döyüş dəsti, yəqin ki, dünyanın ən təhlükəlilərindən biridir."

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

“Təhrik-e Taliban Pakistan” hərəkatı Pakistan dağlarında “Xüsusi Basqın Qüvvələri” adlı yeni xüsusi hərbi hissənin yaradıldığını elan edib.

🌐@GSSR44

Читать полностью…

44th Ranger Regiment

Əvvəl sandallarına lağ edərdik, indi isə ayaqyalın döyüşə gedirlər.

🌐@GSSR44

Читать полностью…
Subscribe to a channel