Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması. Bizimlə əlaqə: @GSSR44_BOT
Suriyada hökumət qüvvələri ilə YPG terror təşkilatı arasında şiddətli toqquşmalar yaşanır.
🌐@GSSR44 | KİV
Çin Xalq Azadlıq Ordusu 10 iyul 2025‑də Tayvan sahillərində genişmiqyaslı gəmilər və "Type 05" amfibiya zirehli texnikası ilə keçirilən təlimləri gücləndirib, bu da Tayvanın ABŞ‑dən alınan "M1A2T Abrams" tankları ilə canlı atəş təlimlərinə cavab olaraq görülən ciddi hərbi cavablardan biridir.
Bu manevr Tayvanın ən böyük illik "Han Kuang" hərbi təlimlərinin birinin kursu ilə üst‑üstə düşüb və Tayvanın qərargah sistemlərinin desentralizasiyası, raket sistemləri "HIMARS" və "M1 Abrams" tankları ilə təkmilləşdirilmiş müdafiəsinə yönəlmişdir. Çin bu təlimləri "oyun" kimi qınayıb, lakin hər halda Tayvan Boğazında hərbi gərginlik artmaqda davam edir .
Bu qarşılıqlı təlimlər strateji qarşıdurmanın dərinləşdiyini göstərir. Çin Tayvanın müdafiə modernizasiyasına cavab olaraq sahil‑əsaslı gücünü artırır və Tayvan da ABŞ silah sistemlərinə dayanaraq döyüşə hazırlığını gücləndirir.
🌐@GSSR44
ABŞ-ın Ankaradakı səfiri Tom Barak:
"(PKK/YPG Dəməşqlə danışıqlarda vaxt itirir) Ortaya çıxacaq problemlər Suriya hökuməti və Türkiyə hökuməti ilə fikir ayrılıqlarının olmasıdır. ABŞ ədalətli və düzgün qərarın verilməsi üçün əlindən gələni edəcəyini bəyan edib. YPG PKK-nın müxtəlif variantlarından yaranıb. QSD YPG-nin müxtəlif variantlarından meydana çıxıb. (Suriyada) Bir ölkə, bir millət, bir ordu o xalq tərəfindən müəyyən edilir və biz indi bunu qəbul edirik. Məsələ bundadır. Bizim o bölgədə hərbi varlığımız var və biz bu hərbi mövcudluğu qoruyuruq. Məqsəd bu varlığı sonsuza qədər saxlamaq deyil. Zamanla bu qoşunların sayını azaltmağa qərar verəcəyik. (Dəməşqlə inteqrasiya sazişi) Müqavilə vəziyyəti işlək etmək üçün kifayət qədər konkret deyil. Bəzi detalları dəqiqləşdirməyə çalışırıq."
🌐@GSSR44
İtaliya Müdafiə Nazirliyi elektromaqnit relsli silah layihəsi olan HERAKLES-in ikinci mərhələsinə start verib.
Layihənin məqsədi hipersəs sürətində atəş aça bilən relsli silahın işlək prototipini yaratmaq və gələcəkdə bu texnologiyanı həm hərbi zərbələr, həm də kiçik peyklərin orbitə çıxarılması üçün istifadə etməkdir.
İkinci mərhələ üçün 2026-cı ildə 1.79 milyon avro büdcə ayrılıb. Podratçı kimi bu sahədə təcrübəsi olan İtaliya şirkəti “Kairospace S.r.l.” seçilib. Yeni mərhələdə silahın real modelinin hazırlanması, 5 illik sınaq dövrü, sərgilərdə nümayişi və texniki sənədləşməsi nəzərdə tutulur.
"HERAKLES" 2000–3500 m/s sürətlə mərmiləri hədəfə çatdırmaq imkanına malik olacaq. Bu texnologiya həm zirehli texnikalara, həm də sahil hədəflərinə qarşı effektiv ola bilər. Eyni zamanda gələcəkdə kosmik raket daşıyıcısı funksiyası da yerinə yetirə bilər. İtaliya bu yolla elektromaqnit silah texnologiyasında irəliləyən ABŞ, Çin və digər ölkələrə qarşı öz mövqeyini gücləndirməyi hədəfləyir.
Hazırda əsas texniki problemlər istilik və mexaniki gərginliklərə davamlı materialların hazırlanması və enerji effektivliyinin təmin edilməsidir. Bu mərhələnin uğurla başa çatması İtaliyanın bu sahədə liderlik iddiasını gücləndirə bilər.
🌐@GSSR44
“Rusiya təsiri azalır, risklər artır.
Putinin Ukraynaya qarşı başlatdığı müharibə təkcə Avropada deyil, Cənubi Qafqazda da siyasi güc balansını dəyişir. Rusiyanın diqqət və resursları Ukraynaya yönəldiyi üçün regiondakı nüfuzu zəifləməkdədir.
Ermənistan – Moskvanın təhlükəsizlik zəmanətlərinə olan etibarını itirir. Baş nazir Paşinyan açıq şəkildə Rusiyaya güvənmədiklərini bəyan edib və Ermənistan Avropa İttifaqı ilə əlaqələrini genişləndirir.
Azərbaycan – Qələbə ilə başa çatan müharibədən sonra Türkiyə ilə strateji ittifaqını dərinləşdirir. Rusiya ilə münasibətlər isə son zamanlar ciddi şəkildə soyuyub. Bu da Bakının qərarlı və müstəqil xarici siyasət kursuna keçidini göstərir.
Gürcüstan – Avropa inteqrasiyasına yönəlir, Rusiya təsirindən uzaq durmağa çalışır. Bu da Cənubi Qafqazda Moskvanın əvvəlki “arxa bağça” rolunu zəiflədir.
Azərbaycan və Ermənistan arasında həll edilməmiş məsələlər Rusiya-nın bölgədə vasitəçilik rolunun sarsılmasına gətirib çıxarır və bu da həmin iki ölkə arasında yenidən hərbi qarşıdurma riskini artırır.”
🌐@GSSR44 | The Economist
Aİ “müşahidəçiləri” şərti sərhəd istiqamətində 6 məntəqədən gündəlik olaraq patrul aparır.
“Müşahidəçilər” fasiləsiz şəkildə gecə-gündüz fəaliyyət göstərir və Azərbaycan əleyhinə kəşfiyyat məlumatları toplayır.
Hörmətlə: 🌐@GSSR44
Hərbi xidmətini dünən bitirən erməni əsgəri:
Ermənistan silahlı birləşmələrinin sıralarında revanşist, işğalçı və separatçı qüvvələr qalmaqdadır.
🌐@GSSR44
Amerika sadəcə PKK-dan əl çəkmədi. YPG-nin də qələmi qırıldı.
Belə bir tərif var: Yaxın Şərqdəki bəzi təşkilatların yaranmasına süni töhfə verənlər var. Təbii səbəblərə görə təşkilatlanmayan silahlı qüvvələr kəşfiyyat orqanlarının vəkil müharibələri səbəbindən təşkil etdiyi elementlərdir. Bir sözlə, PKK xaricdən qidalanan və idarə olunan, qurulmasında “xarici” və qeyri-təbii amillərin təsiri altında olan bir terror təşkilatıdır. YPG terror təşkilatı əslində PKK-ya nəzarət edən etibarlı şəxslərin Suriya qoludur. Əslində bunlar bir mərkəzdən idarə olunan tamamlayıcı layihələrdir.
Təsadüfi deyil ki, ABŞ-ın yeni qurulan Suriya hökumətini qəbul etməsi, ABŞ-ın Ankaradakı səfiri və Dəməşqdəki nümayəndəsi Tomas J. Barakın YPG əleyhinə çıxışı PKK-nın özünü ləğv etdiyi dövrə təsadüf edir. Keçən il sizə “dövlət verəcəyinə” söz verən Amerika indi YPG terror təşkilatından Dəməşqə itaət etməyi tələb edir. YPG və PKK-çılar bunu heç vaxt başa düşməyiblər: “Dövlət hədiyyə edilmir”. Amerikaya güvənən PKK/YPG, şərqdən gələn fırtına səbəbindən Amerika tərəfindən satıldı. PKK layihəsi bitdi, YPG-nin də sonu gələcək…
Hörmətlə:🌐@GSSR44
ABŞ Dövlət Departamenti xəbərdarlıq edir ki, ABŞ vətəndaşları qaçırılma və qanunsuz həbs olunma riski səbəbindən İrana səfər etməməlidirlər.
🌐@GSSR44
ABŞ Hərbi Hava Qüvvələri, hazırda istifadə olunan iri GBU‑57/B bombası əvəzinə yeni və daha ağıllı bir dərin yarma silahı üzərində işləyir. Bu yeni silah "Next Generation Penetrator" (NGP) adlanır və əsasən B‑21 Raider strateji bombardmançısında istifadə olunması üçün nəzərdə tutulub.
Mövcud GBU‑57/B bombasının çəkisi təxminən 13,600 kiloqramdır və bu, B‑21-in yalnız bir belə bombanı daşıya bilməsi deməkdir. Yeni NGP isə maksimum 10,000 kiloqrama qədər olacaq ki, bu da təyyarənin yük bölməsinə daha yaxşı uyğun gəlir və əlavə çeviklik təmin edir.
NGP yalnız güclü nüfuzetmə qabiliyyəti ilə deyil, həm də ağıllı texnologiyalarla fərqlənəcək. GPS siqnalı kəsilsə belə, 2 metr radiusunda dəqiqliklə hədəfi vura biləcək. Məsafədən atılma (standoff) xüsusiyyəti əlavə ediləcək, yəni təyyarə təhlükə zonasına daxil olmadan hədəfi vurmaq mümkün olacaq.
Bombaya əlavə olunan ağıllı fitil sistemi, yeraltı obyektlərin içindəki boşluqları və mərtəbələri müəyyən edərək ən səmərəli nöqtədə partlayışı təmin edəcək. İlk mərhələdə 10 kiçik ölçülü sınaq nümunəsi və 3–5 tam ölçülü prototip hazırlanacaq.
Bu proqram ABŞ-ın ağır qorunan və yeraltı hədəfləri vurmaq imkanlarını növbəti səviyyəyə qaldırmaq üçün atdığı mühüm addımlardan biridir.
Hörmətlə: 🌐@GSSR44
Xarici İşlər Nazirliyi:
İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.
🌐@GSSR44
İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.
Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.
🌐@GSSR44
Bəzi mənbələr bildirir ki, Husilərə qarşı əməliyyat planlaşdırılır.
🌐@GSSR44
Çin Hərbi Hava Qüvvələrinin rəhbəri və Türkiyə Müdafiə naziri hazırda Pakistanın İslamabad şəhərində yüksək səviyyəli səfərdədir.
🌐@GSSR44
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus IL-76 hərbi nəqliyyat təyyarəsinin fəaliyyəti müşahidə olunub.
Təyyarə İran və Azərbaycanla sərhədə yaxınlaşdıqdan sonra geri qayıdıb.
Hörmətlə: 🌐@GSSR44
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.
Bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
🌐@GSSR44
22-27 iyul tarixlərində İstanbulda "IDEF-2025" sərgisi keçiriləcək.
Ağır texnikaları, silahları maraqla gözləyirik.
🌐@GSSR44
Suriya prezidenti Əhməd Əş-Şaraa Azərbaycana səfər edib.
🌐@GSSR44
Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir. Bizi böyük qələbəyə aparan yolun başlanğıcıdır. Tovuz döyüşlərindən 5 il keçir. Unutmadıq! Unutmarıq!
🌐@GSSR44
KİV: Rusiya İL-76 hərbi nəqliyyat təyyarəsi bir neçə dəqiqə əvvəl Ermənistana enib.
Bu həftə ərzində 3 uçuş həyata keçirilib.
🌐@GSSR44
Ermənistanda revanşist və terrorçu qüvvələr öz fəaliyyətini davam etdirir.
🌐@GSSR44
Netanyahu Amerika səfərini uzatması fonunda İsrailin müdafiə naziri Katz gələn həftənin əvvəlində Vaşinqtona səfər edəcək.
🌐@GSSR44
İsrail belə qənaətə gəlib ki, İranın yeraltı bomba dərəcəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatının bir hissəsi keçən ay Amerika və İsrailin hücumlarından "sağ çıxıb" və iranlı nüvə mühəndisləri üçün əlçatan ola bilər.
🌐@GSSR44
DTX:"Vaqner"də döyüşmüş 2- azərbaycanlı Əliyev Ramil və Həsənov İsmayıl həbs edilib.
🌐@GSSR44
🟪 “Azərbaycan və Ermənistan kommunikasiyaların açılması, keçid üçün birgə nəzarət mexanizmləri və yoldan keçid üçün təhlükəsizlik təminatları və ən əsası Rusiyanın bu yola nəzarət etməsinin qeyri-mümkünlüyü barədə tam razılığa gəliblər”.
- Rusiya KİV diplomatik mənbələrə istinadən | @CaucasianLive
Hindistan HHQ məxsus “Jaguar” qırıcısı uçuş zamanı qəzaya uğrayıb.
🌐@GSSR44
Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
🌐@GSSR44
Çin keçən həftə Cənubi Çin dənizində "döyüş patrulu" keçirdikdən sonra Amerika Filippinə “F-35” yerləşdirir.
🌐@GSSR44