Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması. Bizimlə əlaqə: @GSSR44_BOT
KİV: Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Bakıya gəlib.
🌐@GSSR44
Türkiyə Milli Müdafiə Nazirliyi 28 may 2022-ci il tarixində Pençe-Kilit bölgəsində terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olan baş leytenant Nuri Melih Bozkurtun cəsədini axtaran 19 əsgərin bu gün mağarada metan qazına məruz qaldığını, 5 əsgərin isə şəhid olduğunu bildirib.
🌐@GSSR44
Ukrayna Hərbi Kəşfiyyatı (GUR):
Moskva Azərbaycanla gərginliyin artması fonunda Ermənistandakı hərbi mövcudluğunu genişləndirir.
🌐@GSSR44
R.T Ərdoğan:
“Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək.
Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək.
Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq”.
🌐@GSSR44
Ermənistan Rusiya səfirini çağıraraq nota verib.
🌐@GSSR44
Rusiyanın hərbi təbliğat kanalları Rusiyanın Azərbaycana qarşı “hərbi əməliyyat” keçirməli olduğunu yazırlar. Kənardan baxanda o qədər gülünc görsənir ki, özləri bunun fərqində deyil.
Xatırladaq: Lenin və Stalin məzarından qalxsa belə, Azərbaycan sizə yenə məzar olacaq. Vətənimizə göz dikənlərin aqibəti bəllidir…
Hörmətlə: 🌐@GSSR44
“Anadolu Qartalı 2025” təlimində Azərbaycan HHQ məxsus “SU-25ML” və “SU-25” qırıcıları iştirak edir.
🌐@GSSR44
Rusiyanın Ukraynada yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə zərbə endirildiyi bildirilir.
🌐@GSSR44
Rusiyada miqrantlara qarşı rəftarın digər nümunəsi:
🌐@GSSR44
🇷🇺🇹🇷🇺🇦 İstanbul görüşü nəticəsiz başa çatıb. Rusiya tərəfi 30 günlük atəşkəs üçün Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaperoje əyalətlərindən tam geri çəkilməsini tələb edib.
- Rusiya KİV | @Armymilitar
Öncə Vətən Hava Döyüş Komandanlığına məxsus “SU-25ML” təyyarəsi “ANKA-2025” təlimində iştirak edir.
Hörmətlə:🌐@GSSR44
Erməni xülyaları bitmir ki, bitmir.
Bütün dünya süni intellektdən başqa məqsədlər üçün istifadə edərkən, Ermənistan cəmiyyəti Azərbaycanın ərazilərini yenidən “işğal etmək” xəyalları üçün istifadə edir. Revanşistlərdə bunun təbliğatını aparır. Bu kimi təbliğatlar gülünc olması ilə yanaşı bir cəmiyyətin nə dərəcədə zəhərləndiyini də göstərir…
Hörmətlə:🌐@GSSR44
Donald Tramp:
“Biz Ukraynaya kömək etdik və davam edəcəyik.”
Putinlə söhbəti barədə:
"Onunla(Putinlə) söhbət məni qane etmədi. Deyəsən, sona qədər gedib müharibəni davam etdirmək istəyir. Bu yaxşı deyil".
🌐@GSSR44
Azərbaycan HHQ məxsus qazi “SU-25”-lər Konya səmasında:
🌐@GSSR44
R.T Ərdoğan:
“Zəngəzur dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsidir. Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq.
Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq.
Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq. İlham Əliyev bu məsələyə böyük önəm verir.”
🌐@GSSR44
İran Prezidenti:
“Tarixi Qarabağ torpaqlarında olmaqdan məmnunam. Bura Azərbaycanın tarixi və ayrılmaz parçasıdır.”
🌐@GSSR44
MİT rəhbəri İbrahim Kalın Türkiyə-İraq sərhəddində olub.
🌐@GSSR44
Böyük Britaniyanın Azərbaycandakı səfiri:
"Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik".
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb.
Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb.
Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyimiz bir daha diqqətə çatdırılıb.
🌐@GSSR44
2024-cü ildə Rusiya polislərinin qırğızlarla rəftarı:
🌐@GSSR44
Bu görüntülərdən sonra Ermənistanda hava şəraiti kəskin şəkildə dəyişəcək…(!)
🌐@GSSR44
Avropa “müşahidəçilərinin” fəaliyyəti qeydə alınıb.
Mayın 15-i saat 14:20-də Laçın rayonu Ağbulaq yaşayış məntəqəsinin qarşısında Ermənistanın Şaybalı yaşayış məntəqəsinə AB-yə məxsus 1 ədəd UAZ-Patriot, 2 ədəd Toyota Land Cruiser-LX markalı avtomobillərlə 6 nəfər heyətin gəlməsi, saat 14:30-da Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqeyi istiqamətində isə 1 ədəd UAZ-Patriot və 1 ədəd "Mersedes" markalı avtomobildə 3 nəfər mülki şəxsin gələrək ərazidə fotoçəkilişlər aparması və saat 14:40-da avtomobillərin şəxsi heyətlə geri qayıtması bölmələrimizin texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.
🌐@GSSR44
9 may İrəvan:
Separatçılar, revanşistlər hər tədbiri təbliğat alətinə çevirirlər. Biz bunları görməkdən bezdik “onlar” isə bezmədi…
🌐@GSSR44
Ermənistan silahlı birləşmələri təxribatlar törətməyə davam edir.
Laçın istiqamətində erməni hərbi qulluqçusu postunu tərk edərək Azərbaycan ordusunun döyüş mövqelərinə doğru nəlayiq ifadələr işlədərək daş atmağa başlayıb. Azərbaycan əsgəri səbr nümayiş etdirməyə davam edir…
🌐@GSSR44
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub.
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
🌐@GSSR44