253
Xüsusi dualar, motivasiya edici hədis və ayələrlə çətin olan həyatı daha asan etməyə çalışacağıq. 😊🌸
Kişilərin əsas yanlışlarından üçü:
“Hicab geyinən bir qadına baxa bilərəm. O, tamamilə örtülü olduğuna görə, ona baxmağın heç bir ziyanı yoxdur.”
- “Hicabsız bir qadına baxmağın heç bir ziyanı yoxdur. Çünki o, mənim baxmağımın qarşısını almaq üçün özünü örtməyə ehtiyac duymayıb. Deməli, o, mənə baxmağa icazə verir.”
- “Qadının üzünü və əllərini örtməməsinə icazə verildiyi üçün, qadınların üzlərinə və əllərinə asanlıqla baxa bilərəm.” (Əslində Olmaz! Naməhrəmdir!)
✔️ Doğruları:
- Hicab tədbir və vaizdir. Baxdığın zaman xoşuna gələcək bir şeylər görməməyin üçün bir tədbirdir. Amma eyni zamanda “mənə tərəf baxma” mənasında moizə edən bir vaizdir.
- Ayədə sənə ayrı əmr var 'Baxma' deyə, qadına ayrı əmr var 'BƏLLİ ETMƏ' deyə. Bir qadının təbərrüc etməsi onun problemidir. Sənin o mütəbərric (ifşa edən) qadına baxa bilmənin icazəli olması demək deyil bu vəziyyət. Dörd tərəfin və asiman çılpaq qadınla dolsa belə baxmayacaqsan (yəni baxmamalısan!). Yerə baxmalısan. 'Axirəzzəmandayıq' deyə havayı demirik. Asan olduğunu da heç kim demir.
- Xanımın üzünün açıq qalması həm vacib deyil, həm də kim olduğu bilinsin deyədir. Sənin doyunca baxa bilməyin üçün deyil. Birinin kim olduğunu anlamaq üçün üzünə 1 saniyədən az bir müddət baxmaq belə kifayətdir. Onsuz da xanımın da davamlı kəm baxışlar sezdiyi zaman üzünün böyük hissəsini örtməsi vacib olur və ən qısa zamanda oradan sürətli şəkildə uzaqlaşması şərtdir. Xanımın əllərinin açıq qala bilməsi rahat iş görə bilməsi və bədəninin tamamı haqqında fikir verməsi üçündür. Sənin doyunca baxa bilməyin üçün deyil.
▁▁▁Hazırladı:
Elvin Mürtəza Nurşəhri.
#Hicab #Hicablı #Təsəttür
╭──➤ /channel/exlaq_channel
╰─────────────────────
💍 Nişanlılara xüsusi tövsiyyələr.
Bir-birinizə ər-arvad kimi yanaşmayın, davranmayın. Hələ evli deyilsiniz və Allah qatında yadsınız (naməhrəmsiniz).
“Səni çox sevirəm” sözlərini şişirdənlərdən (yəni: zayını çıxaranlardan) olmayın. Evlənəndə söyləməyiniz lazım olan sözləri indidən tükətməyin.
Saatlarla danışıb, davamlı görüşərək suyunu çıxarmayın. Evləndikdən sonraya da bir şeylər qalsın.
Nişanın atılma ehtimalını da nəzərə alaraq hər zaman ciddiliyinizi qoruyun. Soyuq olmayın, amma çox rahat (relax) da olmayın.
Bir-birinizlə ayə və hədis paylaşaraq özünüzü aldatmayın. Ayə və hədislərə uyğun yaşayın, bu sizə kifayət edər. Unutmayın ki, praktikada çətinlik çəkənlər, vizual aspektə üstünlük verirlər.
Allah sizi şeytanın vəsvəsəsindən, fitnələrindən qorusun və günaha düşmədən (batmadan) ailə qurmağı asan etsin.
▁▁▁Tərcümə etdi və hazırladı: Elvin Mürtəza Nurşəhri.
#Səni_sevirəm
#Naməhrəm
#Nişanlı
╭──➤ /channel/exlaq_channel
╰─────────────────────
Bir insanla sadəcə dindardır deyə evlənilməz.
Bir insanla sadəcə dindardır deyə evlənilməz. Bir insanın namaz qılan olması, qəlbinin sizə müvafiq bir qəlb olduğuna qaranti (zəmanət) etməz. Bir insanın dindar olması, evlilikdə uyğunluq yaşayacağımız mənasına gəlməz. Bunlar, əlbəttə əhəmiyyətlidir. Amma tək parametr deyil. Namazlı-oruclu iki dindar insan, bir-birinə heç uyğun olmaya bilər məsələn.
Bir insanla söhbət edilə bilir deyə evlənilər. Birlikdə gülünə bilir, yeri gəldiyində birlikdə ağlana bilir, duyğular (emosiyalar) bölüşülə bilir deyə evlənilər. Bizim əşrəf (beyin çönmə) saatımızı qəbul etdiyi kimi, eşşək saatımızı da xoş görə bildiyi üçün evlənilir misal üçün.. “Sən, bunu-bunu etmişdin” qeydləri tutmadan, könlümüzü xoş etməyi bilə bildiyi üçün evlənilər.
___
#Axşamınız_xeyir✨
▁▁▁Tərcümə etdi və hazırladı: Elvin Mürtəza Nurşəhri.
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Riyaziyyat biliyi olan uşağımız hökmən hafiz/qari olacaq deyə bir məşğuliyyət vaxtıdır sizcə? Əsla!
Dövr dəyişdi, Allah riyaziyyat oxusun, professor/filosof olsun deyə yaratdığı, fizika oxusun, biologiya təhsili alsın deyə xəlq etdiyi, müsəlman dünyasına bəlkə Nobel mükafatı gətirəcək? Nobel mükafatını və ya hər hansı bir medalı icad edəcək bir dahini bir mədrəsədə və ya ilahiyyat universitetində hafiz, xətib etməyə çalışmaq, “gələcək nə olursa olsun, mənim həyəcanım sönsün” deyən bir atanın arzusudur. Bunda səmimiyyət yoxdur, mənfəət vardır, inad vardır, ehtiras vardır, səmimilik yoxdur. İslam ümmətini ayağa qaldıran, İslam sivilizasiyasını çoxaldan, İslam dövrünü başladan 120 min insan varsa, toplasan 120 hafiz yoxdur içlərində. Məsələn, İmam Cəfər Sadiq (ə)-ın yetişdirdiyi 4 min tələbənin içində riyaziyyatçılar, filosoflar, tibb alimləri, astronomlar, fiziklər, kimyaçılar və s. şəxslər də vardı. Diqqət edin, hərəsinin beyni nəyə işləyirdisə, imam onlara o yöndə təhsil verirdi.
3-5 dənə uşağımız super hafizlik zəkası münasib olduğu üçün onlar onsuz da 6-7 ayda öyrənəcəklər. Onsuz da hafizlik tələbatı ödəniləcək, o ehtiyyac qarşılanacaq. Ümmətin uşaqlarının hafiz/qari olmasından çox, deizmin (ateizmin, materializmin, aqnostizmin və s.) qarşısında bir dağ kimi dimdik duran şəxslər olmaları lazımdır.
▁▁▁▁Tərcümə etdi və hazırladı: Elvin Mürtəza Nurşəhri
▁▁▁▁✍ Qeyd:
Biz mədrəsə və ilahiyyat təhsilinin əleyhinə deyilik, amma uşaqlar hökmən mədrəsə (hövzə) oxumalıdır deyə bir şey yoxdur. Uşağın beyni hansı elmə işləyirsə, potensialı varsa, ona yönləndirilməsinin tərəfdarıyıq!
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Dininə bağlı bir kişinin fitnəsi, açıq-saçıq geyinən qadınlar deyil, hicablı/çadralı xanımlardır.
Dininə bağlı bir kişinin fitnəsi, açıq-saçıq geyinən qadınlar deyil, hicablı/çadralı xanımlardır. Çünki, elə bir kişinin xəyalı şəri hicaba uyğun geyinən, çadralı bir qadınla evlənməkdir. Beləcə, marağını çəkdiyi üçün baxışları çadralı xanıma tərəf yönəlib, dininə bağlı və ya hicablı/çadralı bir qadına qarşı özünü harama sürükləyəcək sevgiyə çevrilə bilər. Bu səbəblə, kişilərə bir mesaj: açıq-saçıq geyimli qadınlara qarşı baxışlarını endirdiyin kimi hicablı/çadralı qadınlara qarşı da endir. Dininə bağlı yaşayan bir kişinin nəfsi, açıq geyinən qadınlara deyil, özü kimi dindar olan, hicablı/çadralı qadını daha çox istəyər. Bu səbəbə görə dininə bağlı kişi və qadınlar, doğru olmayan hallarla çox üzləşirlər. Dindar bir kişi, yenə özü kimi olan dindar bir qadını istəyər.
Gənclər, nəfsiniz barəsində Allahdan çəkinin! Çadralı, şəri örtüyə (hicaba) uyğun geyinən qadınlara qarşı da baxışlarınızı aşağı salın. Baxışları endirmək, bizim və sizin üçün bir mühafizədir. Allahdan, müsəlman kişi və qadınlara evlilik nəsib etməsini, haramdan qorumasını, bütün fitnələrdən mühafizə etməsini diləyirəm.
▁▁Hazırladı: Elvin Mürtəza Nurşəhri.
#elvinmürtəzanurşəhri
#Hicablı #Çadralı
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Gəncliyin Allaha itaət edərək qiymətini bilməyənlər, yaşlanmamaq üçün Allaha üsyan edir..
Kişi-qadın yaşlılıqla mübarizə edir. Yaradılışla bir müharibə halındalar, ya da qəzavo-qədərlə.. Unutmayın; hər insan qaçınılmaz olaraq yaşlanacaqdır.
O qədər kosmetika, qaş-bədən tüklərini aldırmalar, estetikli qadın və kişi hər kəsi asılı etmiş durumdadır. Çöldə normal bir üz ifadəsi olan qadın tapmaq getdikcə çətinləşir.. Bu siyahıya bir də kişilər əlavə oldu. Qadınlaşan kişilər, kişiləşən qadınların içində yaşayırıq. Qadınların kişiləşməsi kişi kimi idarəetmə haqqını da ələ almasıdır təbii ki. Qadınlar kişilər kimi çöllərdə, ona aid olmayan hər işdə, hər yerdə. Halbuki ağır işlər kişilər üçündür, qadın təbiətinə uyğun deyil.
Mümkünsüz bir istəyin arxasınca qaçırlar, gənc qalmaq arzusu ilə.. Zamanın əlindən özünüzü əsla qurtara bilməzsiniz ... Günlər, həftələr, aylar, illər insanı köhnəldir. Gedən gənclik və dinclik əsla geri gəlməz. Bu insanın Allah qarşısında acizliyini göstərir, təkəbbürünü qırır. İnsana düşən, bu zavallılığını anlayıb dünyəvi ehtiraslardan uzaqlaşması, ölümdən sonrası üçün hazırlıq etməsidir.
Lakin böyük bir ambisiya ilə dünyadan yapışıb yaşlanmamaq, gənc qalmaq uğruna insan öz təbiəti ilə mücadilə edir... Amma bu, qazananı olmayan bir yarışdır.
🌹 Həzrət Rəsulullah (salləlləhu əleyhi və alihi və səlləm) belə buyurdu:
“Allah Mütəal, yaşlılıq xaricində hər xəstəliyin dəvasını vermişdir.” (Hədis)Tərcümə etdi və hazırladı:
Elvin Mürtəza Nurşəhri.
#elvinmürtəzanurşəhri
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Sizcə dəyər?
Dəfninizdən bir saat sonra ağlamalar azalır. Ailəniz evə gedib yaxınlarınızın yemə-içmə işiylə məşğul olmağa başlayar. Bu əsnada bədəniniz torpaqdakı orqanizmlərlə tanışlığa başlayar.
Dəfninizdən iki saat sonra, evinizə zəng edib dəfninizdə iştirak edə bilmədiklərinə görə səbəb bildirənlər oldu. Bu əsnada evinizdəki bəzi insanlar idman, siyasət və iş-gücdən danışmağa başlayar.
Dəfninizdən 6 saat sonra yalnız yaxın qohumlarınız (əzizləriniz) qalar və digər hər kəs evinə qayıdıb bir sonrakı günləri üçün planlar qurmağa başlayar.
Dəfninizdən 24 saat sonra iç orqanlarınız həll olmağa başlayar. Bu əsnada telefonunuza öldüyünüzü bilməyən insanların zəngləri, tanışlarınızın və şirkətlərin reklam mesajları gəlməyə davam etməkdədir.
Dəfninizdən 3 gün sonra iş yerinizdə boş qalan yerinizi doldurmaq üçün namizədlərlə müsahibə başlayar. O əsnada sizin bədəniniz şişməyə başlayar və ağız-burnunuzdan köpükvari bir maye çıxar.
Dəfninizdən 5 gün sonra qızınız və oğlunuz işinə qayıdar və qanınız orqanlarınızı çürütməyə başladığı üçün bədəniniz yaşıldan qırmızıya dönər.
Dəfninizdən iki həftə sonra uşaqlarınız miras bölgüsü üçün ailə ilə müzakirəyə başlayar və bu əsnada dırnaqlarınızla dişləriniz tökülməyə başlayar.
Dəfninizdən 3 ay sonra həyat yoldaşınız televiziyada bir komediya filminə gülər və bu əsnada bədəniniz maye halına dönməyə başlayar.
Dəfninizdən 1 il sonra ölüm ildönümünüzdə birisi; “ay aman, nə tez bir il gəldi keçdi? Bu qədər oldu hə?” deyər və bu əsnada vücudunuzdakı asit kəfəninizi əridər.
Dəfninizdən 10 il sonra bir dostunuz köhnə bir fotoda sizi görüb xatırlayar və bu əsnada bədəninizdən geriyə qalan sümüklərdir.
Bu dünyada varlığınızın tamamilə unudulması bax bu qədər qısa müddət alar. İndi bu gün beyninizə ilişdirdiyiniz pis insan və pis hadisələri təkrar göz önünə gətirin. Sizcə, bunlara görə pis olmağa dəyərmi?
Hazırladı: Elvin Mürtəza Nurşəhri.
╭──➤ /channel/exlaq_channel
╰─────────────────
https://youtu.be/vRIuOZp9yX4
Şeyx Abbas Qummi öz əsərində belə yazır:
İmam Hüseynin (ə) 4 yaşlı bir qızı var idi. Gecə yuxudan ayılaraq belə dedi:
Atam Hüseyn (ə) haradadır? Mən onu elə bu saat yuxuda çox pərişan halda gördüm. Qadınlar bunu eşitdikdə ağlamağa başladılar. Uşaqlar da onlara qoşulub ağladıqda ağlamaq səsi ucaldı. Yezid (lənətullah) yuxudan oyanaraq belə dedi: Nə olub? Hadisəni ona danışdılar. Oda əmr etdi ki, atasının başını həmin 4 yaşlı qızın yanına aparsınlar.
(Nəfəsul-məhmum, səh 416.)
🏴🏴🏴🏴
Bismilləh
Müqəddəs Ramazan ayına sayılı günlər qalıb.
Əziz xanımlar, indidən şellak, gellaklarınızı çıxarın.
Bu kimi şeylər qüsla, dəstəmaza maneədir.
Ümumiyyətlə, namaz əhli olan, məxsusən hicab əhli olan xanımlar bunlardan istifadə etməməlidir.
Hicab gözəlliyi gizlətmək üçündür, nəinki bir tərəfdən örtünüm, bir tərəfdən əllərimə bəzək verim...
Hicabdan əlavə, qüsllu şəkildə gəzmək məkruh, bu şəkildə namaz qılmaq günahdır, nə təyəmmüm düşür, nə də qüsl...
Bu gün bunları demək borcumuzdur, qiyamətdə deməyəsiz ki, niyə bilənlər demədi?!
Bir dırnaqdan keçmək çətin olmamalıdır. Bir şey ki, dırnaqda maneə olduğu halda nə oruc səhihdir, nə də namaz.
Bir az təfəkkür...
@Hicab_1iffetdir
Hər çətinlikdən sonra asanlıq var dediyin üçün bu gün qəlbim aramdı, bu çətinliklər gəlib keçər mənim istədiyim daim sənin nəzərində olmaqdı bizi bir an belə nəzərindən çıxarma... Axı biz sənsiz heçkimik, heçnəyik...
Читать полностью…
Hicabı ne'mət bilib başlarına tac edənləri Hicablılar günü münasibəti ilə təbrik edirik...🤗♥️
@Hicab_1iffetdir
مهدیۜ بیازقاتلمـادرسوالکن
زهـرا ۜچهکردهبودکهاوراکتکزدند!
Məhdi ə.f gəl, ananın qatilindən sual et
Zəhra s.ə nə etmişdi ki onu vurdu?!
@Hicab_1iffetdir
Bacardığınız qədər paylaşən lütfən.
Çox-çox xahiş olunur
Mən KAPİTALİZMƏM!
Salam, mən kapitalizməm!
Kiçik qızlarınızı barbie kuklalarla böyütdüm. Bu gün sizdən estetik əməliyyat üçün pul istəyirlər deyə, niyə məəttəl qalırsınız ki? Mənfəətlərimə görə böyük bir moda sənayesi yaratdım. İstədiyimi də əldə etdim. 17 yaşındakı qızların çoxu xarici görünüşlərindən narahatdırlar.
Mən kapitalizməm!
Bir qadının moda jurnalını 15 dəqiqə eşələməsi, öz bədənini bəyənməməsi üçün kifayətdir.
Mən kaptalizməm və baxış bucağınızı elə bir formada dəyişdirdim ki, oğru bir ceo-nun həyat hekayəsi sizin üçün əzm və müvəffəqiyyət hekayəsi ola bilər.
Mən kapitalizməm və orta statistik bir insanın gündə 5,5 saat televiziya izlədiyi, kitab oxumadığı, sosial şəbəkələrdə vaxt keçirdiyi, teatr və kinoteatra getmədiyi, maarifləndirici fəaliyyətlərdə var olmadığı bir cəmiyyətdə aşağı endirilməkdən qorxmaq kimi bir nigaranlığım yoxdur.
Mən kapitalizməm və Stiv Cops əlbəttə mühüm biri idi, lakin 100də birinizin ehtiyyacı olan aparatları 3-cü dünya ölkələrində ucuz qiymətə işləyən işçilərlə istehsal etməkdə çox uğurlu idi. Əlbəttə bütün kapitalistlər bir əziz (uca şəxsiyyət) kimi danışılacaqlar. Eynilə Bill Qeyts kimi. 150 milyon dollarlıq 66.000 kvadrat metr bir evdə yaşayan bir əziz!
Mən kapitalizməm və mənim ucbatımdan ortalıq miras davalarına görə qanlı-bıçaqlı qardaş-bacılarla doludur. Hər il 20 milyon uşaq aclıqdan öldüyü zaman siz bir qaçış aparatının üstündə artıq yağlarınızı əritmək üçün tər tökürsünüz. Mənim ucbatımdan dünyada 600 milyon piylənmədən əziyyət çəkən şəxs və 1,5 milyard ac insan var.
Mən kapitalizməm və Starbaks üçün qəhvə istehsal edən bir əkinçinin oradan bir fincan qəhvə satın ala bilməsi üçün 3 gün işləməsi lazımdır.
Mən kapitalizməm və Amerikanın yüzdə 24ü əgər milyarder olmaları üçün bütün ailələrini rədd etmələri lazım olacaqsa, bunu edəbiləcəklərini deyir.
Mən kapitalizməm və qadınlara səslənirəm. Xahiş edirəm bir əşya halına gəldiyinizi ağlınıza belə gətirmədən Viktoriya Sekretə qaçın. (Viktoriya sekretin mağazalarından biri Türkiyədə açıldı, yəqin sıradakı biz olacağıq.) Kiçik bir alt paltarına (bikini dəstinə) 80 dollar verəndə çox xoşbəxt olacağınıza zəmanət verirəm.
Mən kapitalizməm və 15 yaşındakı uşağın İPAD ala bilməsi üçün böyrəyini satdığını eşidəndə sevincimin həddi-hüdudu yoxuydu. (2011-ci ildə Çində İPAD 2 almaq üçün böyrəyini satan uşaq, böyrək çatışmazlığına görə ömürboyu yataq xəstəsi oldu.)
Mən kapitalizməm və Madonnanın sadəcə Londonda 8 evi var. Orta hesabla 600 evsizə qalmaq üçün bir yuva ola biləcək böyüklükdə evlərdir.
Mən kapitalizməm və Taylanda Disney fabriki üçün işləyən bir uşağın Disneylanda girə biləcək pulu qazanması üçün 55 gün işləməsi lazımdır.
Afrika qitəsi dünyanın qızıl ehtiyyatlarının 90 faizinin əlində olmasına baxmayaraq dünyada sadəcə 4 dənə Afrikalı milyarder var. Mən kapitalizməm və Afrika qitəsindən hər il 8,5 milyard dollar dəyərində brilliyant çıxır. Qitənin aclıq problemini həll etməyə kifayət edəcək miqdar.
Mən kapitalizməm və sizin brilliyantlar üçün ürəyiniz gedir.
Hindistanda 1 milyon insan gündə 1,2 dollar qazanaraq o brilliyantları istehsal edirlər.
Dünyanı sarışın qadınların gözəl olduğuna inandırdım. Buna görə Asiya qitəsində 300 milyon qadın davamlı olaraq ağardıcı sabun/kremdən istifadə edir.
Mən kapitalizməm və sizin həyatlarına həsəd apardığınız hollivud ulduzlarının 64 faizi narkotika aludəçisidir.
Mən kapitalizməm və ildə 20 milyon uşaq aclıqdan ölərkən siz eyni futbolkanı (köynəyi) həftədə 2 dəfə geyinməyə utanırsınız. Amerikada 7 milyon evsiz insanın olduğundan kimsənin xəbəri yoxdur. Çünki televiziyada gördüyünüz Amerikalıların hamısı hovuzlu villalarda yaşayırlar.
Mən kapitalizməm və yenə müvəffəq oldum, bütün qadınları şifonerləri ağzına kimi dolu olduğu halda geyinəcəkləri heç bir şey olmadıqlarına inandırdım. Emmi Vinhaus kimi narkotika aludəçilərə ürəyiniz yanarkən hamınızın bir aludəçi olduğunuzu unutmağınız nə qədər gülməlidir. Bədbəxt, yazıq istehlak vərdişkarları..
▁▁▁Hazırladı:
Elvin Mürtəza Nurşəhri.
#Kapitalizm
╭──➤ /channel/exlaq_channel
╰─────────────────────
O gün məlum olacaq ki;
Dünyanı evdar qadınlar idarə edibmiş...
Necə də doğru və gözəl bir ifadə...
Yenidən iman gətirib dinimizdən bərk yapışmalıyıq.
Yəhudilər Tövratı, Xristiyanlar İncili dəyişdirdilər. Qur'anın dəyişməyəcəyini anlayan kafir, gəldi bizi dəyişdirdi. Müsəlman deyib, İslam ilə əlaqəsi olmayan bir cəmiyyət vəziyyətinə gəlindi. Yenidən iman gətirib dinimizdən bərk yapışmalıyıq.
▁▁▁Hazırladı: Elvin Mürtəza Nurşəhri.
#elvinmürtəzanurşəhri #Tövrat #İncil #Qurani_Kərim #müsəlman #yəhudi
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Bilirsiniz nəyi düşünürəm?
Bilirsiniz nəyi düşünürəm? Deyəcəm, amma yenə üstümə gəlməyin. Mən bunu sadəcə düşünürəm və heç nəyi dəyişəsi deyiləm. Necə istəyirsiniz, elə də yaşayın.
Düşüncəm bundan ibarətdir: Erkən yaşlarında nigaha pis baxan bir cəmiyyətin anaları, ataları, qardaşları, necə olur ki, həddi-buluğ dövrünə yenicə çatmış qızlarına, bacılarına, əl boyda don geydirib xüsusi duruş, baxışla şəkillərini çəkib paylaşırlar. Sanki qızlarını sərgiyə qoyublar. İndi bir kişi o qıza "nə bomba şeysən" yazsa, qırğın düşəcək, kişini pedofil adlandıracaqlar. Halbu ki, o geyim, o duruş, məhz bomba şey kimi görünməyə hesablanıb. Hələ bir tikə qızların verdikləri pozaları demirəm ki, babaları, ataları paylaşır. Məqsədiniz nədir ay, valideynlər? Övladınızı ismətli böyütmək istəyirsinizsə, etdiyinizin adı nədir? Əksinədirsə, onda bayraq verim əlinizə, gedin irəli. Məsələn 2-ci sinifdə oxuyan qız uşağına bir qarış yubka geyindirib forslanaraq şəkil çəkməyə həvəsləndirməklə, bu cür şəkilləri paylaşmaqla izləyicilərə hansı mesajı verirsiniz? Elə-belə soruşuram haa, əsəbləşməyin. Özüm üçün aydınlaşdırmaq istəyirəm. Əxlaq deyib dad döyənlərin övladları heç də dediklərinə uyğun tərbiyə edilmir. Mənə irad bildirənlərin qızları dalı bayırda gəzir, bunlar mənə nəzarət edir. Yox, niyə də? ©
▁▁▁
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Mən evliyəm və ikinci dəfə evlənmək istəyirəm. .....
Bir kişi məşhur üləmalarımızdan birindən soruşur: “Şeyx, mən evliyəm və ikinci dəfə evlənmək istəyirəm. Niyyətim də bir müsəlman qadının iffətini qorumaqdır.”
Şeyx (r) isə belə cavab verir:
“Kasıb bir cavan oğlana pul ver, gedib sevdiyi qadınla evlənsin, beləliklə sən də ikisinin savabını götür (əldə et).”
__
#Evlənmək #iffət
#Müsəlman_qadın
╭──➤ /channel/exlaq_channel
╰──────────────────────
Bu həyatın bir imtahanı da budur:
Bə'zən elə bir an gələr ki, Süqut سُقُوطٌ etməmək üçün Sükut سُكُوتٌ edərsən. Nəticə etibarilə susmaq, danışmaqdan daha çox qazandırar və beləcə yıxılmaqdan qorunmuş olarsan.
#Süqut
#Sükut
╭──➤ 🤐 /channel/pearlsarabic
╰─────────────────
İmam Sadiq (ə):
«İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir.»
Biharul-Ənvar, c.23, səh.88, hədis 32
https://youtu.be/T4Js202rtFo
https://youtu.be/Zg-ciGAcqSg
İmam Sadiq (ə) buyurub: İmam Hüseyn (ə) zəvvarlarının ziyarət günləri onların ömürlərindən hesab edilmir və əcəllərindən sayılmır.
Kamiluz-ziyarat, bab 51, hədis 1
https://youtube.com/shorts/Pi8zGQHGYew?feature=share
Bəşəriyyətin ən böyük cinayəti
Ayətullah Keşmiri (r,ə): İftar vaxtı Allaha naz edin.İftar vaxtı yediyiniz tikəni ağzınıza yaxınlaşdırın amma yeməyin.Allaha deyin: "Əgər hacətimi verməsən bu tikəni yeməyəcəm". Etdiyiniz bu hərəkət möcüzə edəcək.😊
@Hicab_1iffetdir
Bir qardaşın iki günə əməliyyatı olacaq bir miqdar pula ehtiyac var
Allaha xatir yardım edək
Mənim bir manatimla nə olacaq deməyin su daşıyan qarışqa misalı köməyimizi əsirgəməyək
Kart üçün yaza bilərsiniz.
@Ashege_Hasan
Allahın Peyğəmbəri(s) : «Müsəlman hər gün sədəqə verməlidir.» Ərz
etdilər: «Buna kimin qüdrəti çatar?» Həzrət buyurdu: «Ziyan vuran şeyləri
yoldan götürüb kənara qoymaq sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə
baş çəkmək yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın
cavabını vermək də sədəqədir.»
Biharul-Ənvar, c.75 səh. 50 , hədis4
@Hicab_1iffetdir
📜 Xanım Fatimeyi-Zəhra (s.ə) buyurub:
🔸فجمعوا الحطب الجزل على بابنا وأتوا بالنار ليحرقوه ويحرقونا، فوقفت بعضادة الباب وناشدتهم بالله وبأبي أن يكفوا عنا وينصرونا، فأخذ عمر السوط من يد قنفذ فضرب به عضدي فالتوى السوط على عضدي حتى صار كالدملج.
🔸"Qapımıza çoxlu odun yığdılar və atəş gətirdilər ki, qapını və bizi yandırsınlar. Qapının bir tərəfində dayanıb onları Allaha və atama and verdim ki, bizdən əl çəksinlər və bizə kömək etsinlər. Ömər Qunfuzun əlindən şallağı aldı və onunla mənim qoluma vurdu. ŞALLAQ QOLUMA DOLAŞDI VƏ ONUN İZİ BİLƏRZİK KİMİ QOLUMDA QALDI".
📚 Əllamə Məclisi, "Biharul-ənvar", c. 30, səh.348.
❇️ /channel/mezhebus_sadiq
Zaman-zaman Kərbəlaya getməyə qadağalar qoyulub. Lakin belə zamanlarda böyük şəxsiyyətlər hər necə olursa olsun bu adəti aradan getməyə qoymayıblar.
Ayətullah Seyid Mahmud Şahrudi də o alimlərdəndir ki, Kərbəlaya Məkkə və Mədinədən piyada getməyin əsasını qoyub və özü 260 dəfə piyada Kərbəlaya səfər edib.
Müqəddəs məzarı Nəcəfdə İmam Əlinin (ə) hərəmindədir.